İranın xarici işlər naziri Abbas Əraqçi geosiyasi gərginliyin və enerji resurslarının tədarükündəki fasilələrin bütün dünyaya təsir etdiyini bildirib. Onun sözlərinə görə, bu vəziyyət inflyasiyanın və yanacaq qiymətlərinin artmasına, eləcə də Avropa ölkələrində etirazların baş verməsinə səbəb olur.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Əraqçi ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının Hörmüz boğazının bağlanmasına və qlobal qaz tədarükünün, xüsusilə də Asiyaya tədarükün pozulmasına gətirib çıxardığını qeyd edib.
Pərvin Hacıyeva

















