Serbiyada keçirilən növbədənkənar parlament seçkilərində son illərin rekord seçici fəallığı qeydə alınıb. Saat 19:00-a olan məlumata görə, seçicilərin 67,8 faizi səs verib. 2023-cü ildə keçirilən seçkilərdə eyni vaxta qədər bu göstərici 55,5 faiz olub. Ölkə üzrə və xaricdəki seçki məntəqələrində növbələrin yarandığı bildirilir.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, müşahidə təşkilatı CRTA bu barədə məlumat yayıb.
Analitiklər yüksək seçici fəallığının, 2024-cü ilin noyabrında Novi-Sad dəmir yolu vağzalında örtüyün uçması və insanların həlak olması ilə nəticələnən hadisədən sonra başlayan, təxminən iki ildir davam edən etirazlar fonunda ortaya çıxmış “Tələbə siyahısı”na sərf etdiyini düşünürlər.
Serbiya Prezidenti Aleksandr Vuçiç məğlubiyyətini qəbul etməyə hazır olduğunu bildirib.
Pərvin Hacıyeva

















