İsraildə keçirilən parlament seçkilərinin exit-poll nəticələrinə əsasən, Benyamin Netanyahunun rəqibləri Knessetdə daha çox mandat əldə edə bilər.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, ilkin qiymətləndirmələrə görə, Netanyahunun rəqibləri parlamentdə 70 yer tuta bilər. Bu mandatlardan 17-sinin ərəb partiyalarına məxsus olacağı bildirilir.
Netanyahunun rəhbərlik etdiyi blokun isə 50 mandat qazanacağı ehtimal edilir. Bu nəticələr reallaşarsa, Netanyahu baş nazir vəzifəsini itirə bilər.
Yekun nəticələr hələ açıqlanmayıb.
Qəmər Kazımzadə

















