Rusiyanın Lipetsk şəhərində metallurgiya kombinatında, Novomoskovsk şəhərində isə kimya zavodunda yanğın olduğu bildirilir.
Zefer.media xəbər verir ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Tula vilayətinin Novomoskovsk şəhərində yerləşən “Azot” kimya zavodu partlayıcı maddələr istehsal edən müəssisələrə azot turşusu tədarük edir.
Lipetskdə isə Rusiyanın iri polad istehsalçılarından biri olan Novolipetsk Metallurgiya Kombinatının (NLMK) hücuma məruz qaldığı bildirilir. Müəssisə 2024-cü ildə də Ukraynanın hücumlarına məruz qalıb.
Bundan əlavə, şəhərdəki hərbi aerodromun yaxınlığında zərbələrin endirildiyi barədə məlumat yayılıb.
Qeyd edək ki, təqdim olunan məlumatlarda hadisələrin bütün təfərrüatları və zərərin miqyası açıqlanmayıb.
Qəmər Kazımzadə

















