Pakistanın daxili işlər naziri Möhsün Nəqəvi yenidən İrana səfər etməyə hazırlaşır.
Zefer.media xəbər verir ki, bu barədə “IRNA” agentliyi bildirib.
Məlumata görə, Nəqəvi yaxın günlərdə Tehran rəsmiləri ilə görüşmək üçün İrana yollanacaq. Bu, onun bir həftədən az müddətdə İrana ikinci səfəri olacaq.
Məlumat ərəb mediasında İranın Tehran və ABŞ arasında danışıqlarda İslamabadın vasitəçi roluna inamının zəiflədiyi barədə yayılan xəbərlər fonunda yayılıb. Habelə, danışıqların kanalları və keçirilmə yeri ilə bağlı fikir ayrılıqlarının olduğu bildirilir.
Xatırladaq ki, Möhsün Nəqəvi 16-17 may tarixlərində də Tehrana səfər etmiş, İranın xarici işlər naziri və prezident Məsud Pezeşkianla görüş keçirmişdi.
Zərintac Mayisqızı

















