Oktyabrın 5-dən 6-na keçən gecə Moskva və Moskva vilayətinə 650 pilotsuz uçuş aparatının (PUA) göndərildiyi bildirilir.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Moskva meri Sergey Sobyaninin sözlərinə görə, saat 20:30-dan 05:00-dək Moskva regionu istiqamətində uçan PUA-ların əksəriyyəti uzaq məsafədə məhv edilib. Onun sözlərinə görə, 105 PUA birbaşa Moskva istiqamətində uçuş zamanı vurulub.
Yerli kanallar hücumdan sonra Moskva vilayətində Volodarski qəsəbəsi və Konstantinovo kəndi yaxınlığında yerləşən “Volodarskaya” xətti istehsal-dispetçer stansiyasının ərazisində yanğın baş verdiyini bildiriblər.
Aytən Yalçınqızı















