Çinin qərbində yerləşən Tibet Muxtar Rayonunda 7,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 30 min nəfərin yaşadığı Naqçu rayonundan 200 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 35 kilometr dərinlikdə olub.
Pərvin Hacıyeva















