Ermənistanın Baş naziri Nikol Paşinyan qazın mümkün bahalaşmasının ölkə iqtisadiyyatında fəlakətə səbəb olmayacağını bildirib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Paşinyan bu barədə danışarkən iqtisadi fəlakət barədə xəbərdarlıq edənlərin iqtisadiyyatı anlamadıqlarını deyib.
“Ermənistan iqtisadiyyatında heç bir apokalipsis olmayacaq. Apokalipsis barədə danışanlar iqtisadiyyatı başa düşmürlər. Onlar qazın mümkün bahalaşmasından və bunun nəticələrindən danışırlar. 2018, 2019, 2020, 2021, 2022, 2023, 2024, 2025 və 2026-cı illərdə də apokalipsis olacağını vəd edirdilər. Bəs bu müddətdə Ermənistan iqtisadiyyatında nə baş verdi? Ermənistan iqtisadiyyatı böyüyüb və böyüməyə davam edəcək. Əksinə, belə bir sual verməliyik: qonşu Türkiyədə qazın qiyməti 3-4 dəfə baha olduğu halda, ölkədə yetişdirilən pomidorlar necə olur ki, Ermənistanda yetişdirilən pomidorlardan ucuzdur?” – deyə Paşinyan bildirib.
Pərvin Hacıyeva




