Cəmiyyət

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

22 Oktyabr 2026, 19:360
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Ağdam şəhərində vətəndaşlarla görüşüb.

İqtisadiyyat Nazirliyindən Zefer.media-ya bildirilib ki, görüşə gələn vətəndaşlar sahibkarlığın inkişafı, güzəştli kreditlər, əmlak, vergi və digər məsələlərlə bağlı müraciət ediblər.

Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların müraciətləri dinlənilib, onların sorğu xarakterli müraciətlərinə əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.

Ağdama səfər çərçivəsində Ağdam Sənaye Parkında rezidentlərlə də görüş keçirilib, sahibkarların həyata keçirdikləri layihələrlə tanışlıq olub, onları maraqlandıran məsələlər müzakirə edilib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600