İslam Respublikası ilə əlaqəli şübhəli şəxslər ona Londonda yaşayan və Tehranı tənqid edən iranlı jurnalisti öldürmək üçün 40.000 funt sterlinq təklif edib.
Zefer.media xəbər verir ki, bu barədə Britaniya əsilli İran vətəndaşı bildirib.
“Jewish Chronicle” qəzeti bu gün dərc etdiyi məqalədə “Nima” təxəllüsü ilə tanınan şəxsə istinadən yazıb ki, o, Britaniyaya qayıtdıqdan sonra bu məsələ barədə polisə məlumat verib və farsdilli media qurumunda çalışan jurnalistə də xəbərdarlıq edib.
Nima bildirib ki, hadisə Cənubi Avropaya istirahət səfəri zamanı baş verib. Onun sözlərinə görə, səfər zamanı İran restoranında əvvəldən tanıdığı iki kişi ilə qarşılaşıb.
Həmin şəxslər əvvəlcə Londonda bar açmaq planlarından danışaraq söhbəti iş təklifi kimi təqdim edib və bu yolla Nimanın əlaqə məlumatlarını əldə ediblər. Nimanın sözlərinə görə, şübhəli özünü açıq şəkildə SEPAH zabiti kimi təqdim etməyib.
Zərintac Mayisqızı

















