İranın 56 zindanında minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə aclıq aksiyasına başlayıb.
Zefer.media xəbər verir ki, bu barədə insan haqları təşkilatı bildirib.
Aksiya səhər saatlarından etibarən başlayıb və məhbuslar bu addımla ölkədə artan edam cəzalarına diqqət çəkməyə çalışırlar.
Belə ki, aclıq aksiyası mütəmadi şəkildə keçirilir və bu dəfə onun 122-ci dəfə təşkil olunduğu qeyd olunur. Aksiya hər həftənin ikinci günündən başlayaraq 24 saatlıq müddət üçün aparılır.
İnsan haqları təşkilatları həmin vəziyyətin beynəlxalq ictimaiyyət və hüquq müdafiə qurumları tərəfindən daha çox diqqətə alınmasını tələb edir.
Zərintac Mayisqızı

















