Hollivud ABŞ ordusunun İranda həyata keçirdiyi xilasetmə əməliyyatı ilə bağlı bədii film layihəsi üzərində işləyir.
Zefer.media xəbər verir ki, bunu “Fox News” telekanalı bildirib.
Məlumata əsasən, ABŞ ordusu aprel ayında İranda qəzaya uğrayan F-15 qırıcı təyyarəsinin heyətini xilas etmək üçün mürəkkəb əməliyyat keçirib.
Qeyd edilib ki, məşhur Hollivud rejissoru Maykl Bey hadisə ilə bağlı film çəkəcək. Layihənin jurnalist və yazıçı Mitçell Zukoffun yaxın zamanda yayımlanacaq kitabı əsasında hazırlanacağı bildirilir.
Maykl Bey daha əvvəl “Pearl Harbor”, “Transformers” və “Armageddon” kimi iri büdcəli filmlərə imza atıb.
Filmin buraxılış tarixi hələ açıqlanmasa da, ekran işinin 2027-ci ilin sonundan əvvəl yayımlanmasının gözlənilmədiyi deyilir.
Zərintac Mayisqızı

















