• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
8.6° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Hadisə

Gülbadə Abdullayeva işi ilə bağlı yeni detallar açıqlandı

20 İyul, 26 / 16:26
A A

“UĞUR-777” estetik mərkəzi və vətəndaş Gülbadə Abdullayevanın qanunsuz tibbi fəaliyyət göstərməsi ilə bağlı yayılan məlumatlar üzrə cinayət işi məhkəməyə göndərilib, Gülbadə Abdullayeva barəsində isə cinayət təqibinə amnistiya əsasında xitam verilib.

Zefer.media xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumatda bildirilir ki, son günlər mediada və sosial şəbəkələrdə Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi və “UĞUR-777” estetik mərkəzində qanunsuz tibbi xidmət göstərilməsi ilə bağlı yayılan məlumatlar əsasında Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb və cinayət işi başlanıb.

İstintaq zamanı toplanmış sübutlar əsasında Xəyalə İsmayılova, Müşfiq Bağırov və Rəna Quliyeva müxtəlif maddələrlə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb ediliblər.

Cinayət işi üzrə ittiham aktı 22 aprel 2026-cı il tarixdə təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hazırda məhkəmə baxışı davam edir.

Baş Prokurorluq bildirib ki, Gülbadə Abdullayeva barəsində Cinayət Məcəlləsinin 310-cu maddəsi üzrə cinayət təqibinə Milli Məclisin “Konstitusiya və Suverenlik İli” münasibətilə qəbul etdiyi amnistiya qərarı əsasında xitam verilib. Həmçinin aparılmış istintaq zamanı onun əməllərində Cinayət Məcəlləsinin 142.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi müəyyən edilməyib.

Bununla yanaşı, Gülbadə Abdullayevanın zərərçəkmiş şəxsə vurduğu 2 min manat maddi ziyanın, eləcə də dövlət büdcəsinə ödənilməli olan 500 manatın tam ödənilməsi təmin olunub.

Açıqlamaya görə, Gülbadə Abdullayeva barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 və 428.1-ci maddələri ilə inzibati icraat başlanıb, materiallar aidiyyəti dövlət orqanlarına göndərilib və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.

Baş Prokurorluq vurğulayıb ki, vətəndaşların həyat və sağlamlığına təhlükə yaradan qanunsuz tibbi fəaliyyətlə bağlı bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun şəkildə hərtərəfli, tam və obyektiv araşdırılır, hər bir fakt üzrə hüquqi qiymət toplanmış sübutlar əsasında verilir.

Bənzər Xəbərlər

Hadisə

Qazaxda TIR yanıb

Oktyabr 23, 2026
Hadisə

Gəncədə iki avtomobil toqquşdu: 3 nəfər xəsarət aldı 

Oktyabr 22, 2026
Hadisə

Amnistiyaya düşən kişi arvadını döydü

Oktyabr 22, 2026
The dead woman's body. Focus on hand
Hadisə

25 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açıldı — Baş Prokurorluq və DİN-dən birgə məlumat 

Oktyabr 22, 2026
Hadisə

Bakıda iki yaşlı qız su kanalında boğuldu

Oktyabr 22, 2026
Hadisə

Cəbrayılda mina partlayışı: Bir nəfər xəsarət alıb

Oktyabr 8, 2026

XƏBƏR LENTİ

Tokayev: Dünyadakı vəziyyət Soyuq müharibə dövründən də mürəkkəbdir

28 Oktyabr, 26 / 14:50

Mozambik prezidentinin Putinlə fotosu gündəm oldu

28 Oktyabr, 26 / 14:45

Rusiyada metallurgiya kombinatı və kimya zavodunda yanğın baş verib

28 Oktyabr, 26 / 13:24

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir

28 Oktyabr, 26 / 13:18

Mask Starlink məhdudiyyətlərinin səbəbini açıqladı

28 Oktyabr, 26 / 13:12

Sabah hava necə olacaq ?

28 Oktyabr, 26 / 13:07

ABŞ və Rusiya neft sektorunda əməkdaşlığı müzakirə edir

28 Oktyabr, 26 / 13:02

Netanyahu baş nazir postunu itirə bilər

28 Oktyabr, 26 / 12:41

Azərbaycanın daxili dövlət borcu 1,5 milyard manat azalıb

28 Oktyabr, 26 / 12:41

İsraildə seçkilər başa çatdı: Heç bir blok çoxluq qazanmayıb

28 Oktyabr, 26 / 12:37

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.