• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.9° Weather Columbus
$
1.7
€
1.9814
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Cavanşir Feyziyev Şimali Kiprdə Ünal Üstellə görüşüb

20 İyul, 26 / 12:33
A A

Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel ölkəsində rəsmi səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətini qəbul edib.

Gununsesi.info xəbər verir ki, nümayəndə heyəti “Mutlu Barış” hərəkatının 52-ci ildönümü münasibətilə keçirilən rəsmi tədbirlərdə iştirak etmək üçün Şimali Kipr Türk Respublikasına səfər edib. Heyətin tərkibinə Azərbaycan–Şimali Kipr Parlamentlərarası İşçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Azərbaycan–Türkiyə Parlamentlərarası İşçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, millət vəkilləri Ağalar Vəliyev və Heydər Əsədov daxildir.

Nümayəndə heyətini salamlayan Baş nazir Ünal Üstel Azərbaycana etdiyi səfərləri xatırladaraq Prezident İlham Əliyevə, Baş nazir Əli Əsədova və Milli Məclisin sədri Sahibə Qafarovaya minnətdarlığını bildirib.

Ünal Üstel ölkələr arasında münasibətlərin “bir millət – üç dövlət” ruhunda inkişaf etdiyini qeyd edib. O, Azərbaycan və Şimali Kipr arasında iqtisadi-ticarət əlaqələrinin, eləcə də təhsil, turizm və səhiyyə sahələrində əməkdaşlığın geniş potensiala malik olduğunu vurğulayıb. Baş nazir bu istiqamətdə hökumət qurumları arasında fəal iş aparıldığını da diqqətə çatdırıb.

Azərbaycan–Şimali Kipr Parlamentlərarası İşçi qrupunun rəhbəri, millət vəkili Cavanşir Feyziyev isə parlamentlərarası əlaqələrin yüksək səviyyədə qurulduğunu bildirərək, Azərbaycan cəmiyyətində Şimali Kipr Türk Respublikası ilə münasibətlərə böyük marağın olduğunu qeyd edib.

Deputat yüzlərlə azərbaycanlı abituriyentin ali təhsil almaq üçün məhz Şimali Kipr Türk Respublikasını seçdiyini, eyni zamanda Azərbaycan vətəndaşlarının Şimali Kiprə turizm səfərlərinin nəzərəçarpacaq dərəcədə artdığını vurğulayıb. O, Azərbaycan vətəndaşlarına göstərilən diqqət və dəstəyə görə Şimali Kipr Türk Respublikasının hökumətinə minnətdarlığını ifadə edib.

Cavanşir Feyziyev “Mutlu Barış” hərəkatını türk xalqının tarixi zəfəri adlandıraraq Milli Məclis adından Baş nazir Ünal Üsteli təbrik edib.

Görüşün sonunda Baş nazir Ünal Üstel və millət vəkili Cavanşir Feyziyev ikitərəfli görüşlərin gələcəkdə də davam etdiriləcəyini bildiriblər. Daha sonra onlar bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

 

Bənzər Xəbərlər

Gündəm

Politico: CIA rəhbəri Moskvaya səfəri zamanı NATO ölkələrinə hücumun yolverilməz olduğunu bildirib

Avqust 27, 2026
Cəmiyyət

Anar Bayramov onu vəzifəsindən azad etdi

Avqust 27, 2026
Cəmiyyət

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

Avqust 27, 2026
Gündəm

Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib

Avqust 26, 2026
Gündəm

AİB Azərbaycandakı sərhəd-keçid məntəqələrinin modernləşdirilməsinə vəsait ayıracaq

Avqust 26, 2026
Gündəm

Ermənistanda Sedrak Köçəryan iki aylıq həbs edilib

Avqust 26, 2026

XƏBƏR LENTİ

Suriyadan mühüm addım: Dəməşq ABŞ-nin “qara siyahısı”ndan çıxarıldı

27 Avqust, 26 / 23:24

ABŞ-dan Yaxın Şərqə yeni hərbi qüvvə: Təyyarədaşıyan gəmi bölgəyə göndərilir

27 Avqust, 26 / 23:22

Rusiyanın Ukraynaya gecə hücumları: 18 nəfər yaralanıb

27 Avqust, 26 / 23:19

Tatyana Kimin sərvəti 2 milyard dollar azaldı – Yenə də Rusiyanın ən varlı qadınıdır

27 Avqust, 26 / 23:13

İtaliyada dəhşətli qəza: Girokopter kanat yolunun troslarına çırpılıb partladı

27 Avqust, 26 / 23:10

CIA rəhbərinin Moskvaya müəmmalı səfəri: “ABŞ Rusiyanı həm NATO, həm də İranla bağlı xəbərdar edib”

27 Avqust, 26 / 23:03

İdman zalına artıq ehtiyac yoxdur?

27 Avqust, 26 / 22:58

Şon Penn və Vladimir Zelenski “Ukraynanın Milli Əfsanəsi” mükafatlandırma mərasimi zamanı söhbət etmək üçün çömbəliblər

27 Avqust, 26 / 22:54

Dünyanın ən bahalı vaqonu belə görünür

27 Avqust, 26 / 22:47

Güclü selin Nepal ərazisindən Hindistana sürüklədiyi 5 fil xilas edilib

27 Avqust, 26 / 22:31

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.