• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.1° Weather Columbus
$
1.7
€
1.9466
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Cavanşir Feyziyev Şimali Kiprdə Ünal Üstellə görüşüb

20 İyul, 26 / 12:33
A A

Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel ölkəsində rəsmi səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətini qəbul edib.

Gununsesi.info xəbər verir ki, nümayəndə heyəti “Mutlu Barış” hərəkatının 52-ci ildönümü münasibətilə keçirilən rəsmi tədbirlərdə iştirak etmək üçün Şimali Kipr Türk Respublikasına səfər edib. Heyətin tərkibinə Azərbaycan–Şimali Kipr Parlamentlərarası İşçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Azərbaycan–Türkiyə Parlamentlərarası İşçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, millət vəkilləri Ağalar Vəliyev və Heydər Əsədov daxildir.

Nümayəndə heyətini salamlayan Baş nazir Ünal Üstel Azərbaycana etdiyi səfərləri xatırladaraq Prezident İlham Əliyevə, Baş nazir Əli Əsədova və Milli Məclisin sədri Sahibə Qafarovaya minnətdarlığını bildirib.

Ünal Üstel ölkələr arasında münasibətlərin “bir millət – üç dövlət” ruhunda inkişaf etdiyini qeyd edib. O, Azərbaycan və Şimali Kipr arasında iqtisadi-ticarət əlaqələrinin, eləcə də təhsil, turizm və səhiyyə sahələrində əməkdaşlığın geniş potensiala malik olduğunu vurğulayıb. Baş nazir bu istiqamətdə hökumət qurumları arasında fəal iş aparıldığını da diqqətə çatdırıb.

Azərbaycan–Şimali Kipr Parlamentlərarası İşçi qrupunun rəhbəri, millət vəkili Cavanşir Feyziyev isə parlamentlərarası əlaqələrin yüksək səviyyədə qurulduğunu bildirərək, Azərbaycan cəmiyyətində Şimali Kipr Türk Respublikası ilə münasibətlərə böyük marağın olduğunu qeyd edib.

Deputat yüzlərlə azərbaycanlı abituriyentin ali təhsil almaq üçün məhz Şimali Kipr Türk Respublikasını seçdiyini, eyni zamanda Azərbaycan vətəndaşlarının Şimali Kiprə turizm səfərlərinin nəzərəçarpacaq dərəcədə artdığını vurğulayıb. O, Azərbaycan vətəndaşlarına göstərilən diqqət və dəstəyə görə Şimali Kipr Türk Respublikasının hökumətinə minnətdarlığını ifadə edib.

Cavanşir Feyziyev “Mutlu Barış” hərəkatını türk xalqının tarixi zəfəri adlandıraraq Milli Məclis adından Baş nazir Ünal Üsteli təbrik edib.

Görüşün sonunda Baş nazir Ünal Üstel və millət vəkili Cavanşir Feyziyev ikitərəfli görüşlərin gələcəkdə də davam etdiriləcəyini bildiriblər. Daha sonra onlar bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

 

Bənzər Xəbərlər

Gündəm

Şəhid Əli Quliyevin övladı ağır xəstəlikdən dünyasını dəyişdi

İyul 30, 2026
Cəmiyyət

Almaniya arzusu gerçəkləşdi – İki dost eyni anda iş həyatına başladı

İyul 30, 2026
Cəmiyyət

1300-dən çox işləyən şəxsin pensiyası artırıldı

İyul 30, 2026
Cəmiyyət

Sabahın havası açıqlanıb

İyul 30, 2026
Cəmiyyət

İsa Qəmbər 33 il sonra Qarabağa gedib

İyul 30, 2026
Cəmiyyət

Ceyranbatan–Maştağa su xətti ilə bağlı açıqlama – Rəsmi

İyul 29, 2026

XƏBƏR LENTİ

Şəhid Əli Quliyevin övladı ağır xəstəlikdən dünyasını dəyişdi

30 İyul, 26 / 18:43

Ağ Ev Trampın İran müharibəsi ilə bağlı öz komandasından məyus olması iddialarını təkzib edib

30 İyul, 26 / 17:45

“Ukrayna ordusunun Baş Qərargahının işində sistemli dəyişikliklər olacaq”

30 İyul, 26 / 17:42

İrandan ABŞ-yə xəbərdarlıq

30 İyul, 26 / 17:38

Bolqarıstan ABŞ təyyarələrinin ölkədə yerləşdirilməsinə icazə verib

30 İyul, 26 / 17:36

Almaniya arzusu gerçəkləşdi – İki dost eyni anda iş həyatına başladı

30 İyul, 26 / 16:52

SEPAH ABŞ qırıcılarını vurub

30 İyul, 26 / 16:44

İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

30 İyul, 26 / 16:41

İran ABŞ ilə danışıqların bərpasını istisna edib

30 İyul, 26 / 16:38

Rusya Lvova raket zərbəsi endirib

30 İyul, 26 / 16:32

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.