Dünya

ABŞ-dan Yaxın Şərqə yeni hərbi qüvvə: Təyyarədaşıyan gəmi bölgəyə göndərilir

27 Avqust 2026, 23:221
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Theodore Roosevelt” təyyarədaşıyan gəmisinin yaxın həftələrdə Yaxın Şərqə göndərilməsi planlaşdırılır.

Zefer.media  xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, təxminən 5 min hərbçidən ibarət heyətin olduğu gəmi bölgədə ən azı yeddi ay fəaliyyət göstərəcək. “USS Theodore Roosevelt” Yaxın Şərqdə hazırda xidmət aparan “USS George Washington” gəmisini əvəz edəcək.

“USNI News”un məlumatına görə, gəminin komandiri heyəti səkkiz aylıq yerləşdirilməyə hazırlayır. Missiyanın müddətinin uzadılmasının ABŞ Hərbi Dəniz Qüvvələrinin İranla müharibə fonunda yüksək əməliyyat yükü ilə üzləşməsi ilə əlaqəli olduğu bildirilir.

Qəmər Kazımzadə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600