Suriyanın ABŞ tərəfindən terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılması ölkə rəhbərliyi tərəfindən müsbət qarşılanıb.
Zefer.media Minval-a istinadən xəbər verir ki, Suriyanın Prezidenti Əhməd əl-Şara bu qərarı ölkə üçün mühüm hadisə kimi qiymətləndirib.
“Suriyanın günəşinin yenidən doğduğunu və ölkənin iqtisadiyyatı ilə mayaka, bazarlar arasında körpüyə, ticarət dəhlizinə, sivilizasiyaların görüşmə məkanına və Şərqlə Qərbin maraqlarının kəsişdiyi mərkəzə çevrildiyini görmək necə də böyük hadisədir”, – deyə Əhməd əl-Şara bildirib.
Onun sözlərinə görə, qərar Suriyanın iqtisadi və regional mövqeyinin gücləndirilməsi baxımından yeni imkanlar yarada bilər.
Qəmər Kazımzadə

















