Roş ha-Şana bayramı ilə əlaqədar zəvvarların təhlükəsizliyinin təmin olunmasına kömək etmək üçün İsrail polisi əməkdaşları Umana gəliblər.
Zefer.media xarici mənbələrə istinadən bildirir ki, Çerkassı vilayəti polisinin məlumatına görə, israilli hüquq-mühafizə əməkdaşları ukraynalı həmkarları ilə birlikdə artıq zəvvarlar arasında birgə patrul xidməti və maarifləndirmə işi aparırlar.
Umanda Bratslav xasidiliyinin banisi, Tzadik Naxmanın məzarı yerləşir. Hər il Roş ha-Şana bayramında əsasən İsrail, ABŞ və Avropa ölkələrindən olmaqla, on minlərlə dindar onun məzarını ziyarət etmək üçün Umana gəlir.
Lalə Qurbanlı
















