Dünya

Xasidlər artıq Ukraynaya gəlməyə başlayıblar: zəvvar qrupları Çopda görülüb

8 Sentyabr 2026, 18:534
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Roş ha-Şana bayramı ilə əlaqədar zəvvarların təhlükəsizliyinin təmin olunmasına kömək etmək üçün İsrail polisi əməkdaşları Umana gəliblər.

Zefer.media xarici mənbələrə istinadən bildirir ki, Çerkassı vilayəti polisinin məlumatına görə, israilli hüquq-mühafizə əməkdaşları ukraynalı həmkarları ilə birlikdə artıq zəvvarlar arasında birgə patrul xidməti və maarifləndirmə işi aparırlar.

Umanda Bratslav xasidiliyinin banisi, Tzadik Naxmanın məzarı yerləşir. Hər il Roş ha-Şana bayramında əsasən İsrail, ABŞ və Avropa ölkələrindən olmaqla, on minlərlə dindar onun məzarını ziyarət etmək üçün Umana gəlir.

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600