İran parlamentinin sədri və danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf mümkün razılaşma ilə bağlı müzakirələri davam etdirmək üçün ikinci gündür Qətərdə qalıb.
Zefer.media xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.
Məlumata əsasən, Qalibaf bazar ertəsi Dohaya gedərək ABŞ ilə qalan əsas fikir ayrılıqlarını müzakirə edib. Bunlara İranın dondurulmuş aktivlərinin azad olunması və Hörmüz boğazının yenidən açılması məsələləri daxildir.
Nəşr yazır ki, danışıqlar başladıqdan bir neçə saat sonra ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın mina yerləşdirdiyi katerlərə zərbə endirdiyini açıqlayıb.
İran hökumətinin sözçüsü Fatimə Mühacirani isə diplomatik prosesin davam etdiyini, ancaq ABŞ tərəfinin “ziddiyyətli mövqelərinin” danışıqlarda problem yaratdığını bildirib.
Zərintac Mayisqızı

















