Rusiyada “Upır” FPV dronlarının istehsal rəhbəri Vladimir Tkaçukun avtomobili partladılıb.
Zefer.media xəbər verir ki, bu haqda Rusiya KİV-ləri məlumat yayıb.
Belə ki, Tkaçukun “Mercedes” markalı avtomobili Sverdlovsk vilayətində partlayıb.
Bildirilib ki, o, partlayışdan sağ çıxıb, lakin ağır xəsarətlər alaraq reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin başvermə şəraiti araşdırılır.
Zərintac Mayisqızı

















