Türkiyənin cənub-qərbində yerləşən Fethiye bölgəsində baş verən meşə yanğını yaşayış məntəqələrinə yaxınlaşıb.
Zefer.media xəbər verir ki, alov nəticəsində iki ev yanıb, təhlükəsizlik məqsədilə 80 nəfər təxliyə edilib.
Yanğının söndürülməsinə 14 helikopter, 5 təyyarə, 53 yanğınsöndürən maşın və 380 nəfərlik heyət cəlb olunub. Yanğın çərşənbə axşamı günorta saatlarında başlayıb və dağlıq-meşəlik ərazidə yayılmağa davam etdiyi üçün söndürmə işləri havadan və qurudan intensiv şəkildə davam etdirilir.
Zərintac Mayisqızı

















