Türkiyə Ermənistanla sərhəd keçid məntəqələrinin açılması üçün zəruri hazırlıqları başa çatdırıb.
Zefer.media xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
Nazirin sözlərinə görə, dəmir yolu keçid məntəqəsinin və “Alican” avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün bütün hazırlıq işləri tamamlanıb. O qeyd edib ki, razılıq əldə olunacağı təqdirdə proses uzun çəkməyəcək və Azərbaycan üçün əhəmiyyət kəsb edən məsələlər nəzərə alınacaq.
Uraloğlu sərhəd keçid məntəqələrinin yaxın gələcəkdə açılacağına ümid etdiyini vurğulayıb.
Aytən Yalçınqızı




