Gündəm

İlham Əliyev və Mehriban Əliyeva COP31 Liderlər Zirvə Görüşündə iştirak etmək üçün Türkiyəyə səfər ediblər

10 Noyabr 2026, 19:3318
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31 Liderlər Zirvə Görüşündə iştirak etmək məqsədilə Türkiyəyə səfər edib.

Zefer.media AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentini və birinci xanım Mehriban Əliyevanı Antalya Beynəlxalq Aeroportunda rəsmi şəxslər qarşılayıblar.

Qarşılayanlar arasında Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, AKP sədrinin müavini Kürşad Zorlu, Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komitəsinin sədri Fuat Oktay, deputat Mövlud Çavuşoğlu və Antalya valisi Hulusi Şahin də olub.

Azərbaycan dövlət başçısının şərəfinə hava limanında fəxri qarovul dəstəsi düzülüb.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600