Dünya

Britaniya Rusiyaya birbaşa hərbi əlaqə kanalı yaratmağı təklif edir

10 Noyabr 2026, 19:102
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq Rusiya ilə birbaşa hərbi əlaqə kanalının yaradılmasının vacibliyini bəyan edib.

Zefer.media xarici KİV-lərə istinadən xəbər verir ki, o, bildirib ki, Moskvadakı Britaniya səfirliyi mühüm əlaqə kanalı olsa da, xüsusilə hərbi səviyyədə əlavə ünsiyyət mexanizmlərinə ehtiyac var.

Nazirin sözlərinə görə, hər iki ölkənin nüvə dövlətləri olması səbəbindən mümkün səhv hesablamalar fəlakətli nəticələrə gətirib çıxara bilər.

Stritinq qeyd edib ki, London Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndələri ilə qeyri-rəsmi əlaqələri bərpa etməyə çalışsa da, indiyədək bu cəhdlər rədd edilib. Onun sözlərinə görə, əsasən “MI6” xətti ilə kəşfiyyat dialoqu aparılıb, lakin bu, nadir hallarda baş tutub.

 

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600