Dünya

Avropanın Ukraynada atəşkəs tələbi ilə razılaşmayacağıq – Rusiya

10 Noyabr 2026, 19:311
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanın Ukraynada atəşkəsin təmin olunması ilə bağlı tələbini qəbul etməyəcəklərini bildirib. O, bu təşəbbüsün Ukraynaya vaxt qazanmaq və itkilərini bərpa etmək imkanı yaratmaq məqsədi daşıdığını iddia edib.

Zefer.media TRT Haber-ə istinadən bildirir ki, Lavrov Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər və Müdafiə nazirləri, eləcə də təhlükəsizlik şuraları katibləri komitəsinin birgə iclasında iştirak edib.

İclasdan sonra Lavrov KTMT-nin Baş katibi Taalatbek Masadıkovla birgə mətbuat konfransı keçirib.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların həmin gün başladığına diqqət çəkən Lavrov bildirib ki, danışıqlarda ABŞ-nin təşəbbüsü ilə gələcək regional təhlükəsizlik sisteminin yaradılması ilə bağlı məsələlər müzakirə olunur.

Lavrov bu barədə fikirlərini belə ifadə edib:

“Gələcək təhlükəsizlik sisteminin konkret parametrlərini müəyyənləşdirdikdən sonra Rusiya ilə Ukrayna arasındakı problemin həllinə keçmək ideyası son dərəcə məntiqlidir”.

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600