“Dəqiq kəşfiyyat müşahidələri” nəticəsində ABŞ-a məxsus MQ-9 tipli pilotsuz uçuş aparatı vurulub.
Zefer.media xəbər verir ki, bu barədə SEPAH bildirib.
Açıqlamada hadisənin dəqiq vaxtı göstərilməsə də, ABŞ bölgədə “müdaxiləçi və aqressiv davranışda” ittiham edilib.
SEPAH iddia edib ki, İranın hava məkanına daxil olan pilotsuz aparat müəyyən edilərək hədəfə alınıb. Habelə, RQ-4 pilotsuz təyyarəsi və F-35 qırıcılarına da atəş açıldığı və onların bölgəni tərk etməyə məcbur edildiyi bildirilib.
Bəyanatda əlavə olunub ki, İran tərəfi mümkün “atəşkəs pozuntularına” cavab vermək hüququnu özündə saxlayır.
Həmin açıqlama ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Fars körfəzində SEPAH-a məxsus sürətli qayıqlar və raket buraxılış məntəqələrinin hədəf alındığını bildirməsindən sonra yayılıb.
Zərintac Mayisqızı

















