Rusiyanın İrana müasir hərbi texnologiya sahəsində gizli dəstəyinin detalları üzə çıxıb.
Zefer.media “Financial Times”ın araşdırmasına istinadən xəbər verir ki, Rusiya silah ixracı üzrə rəsmilər və “NPO Maşinostroyeniya” şirkətinin yüksək səviyyəli mühəndisləri “C430L” müqaviləsinin 2023-cü ilin noyabrında İran Müdafiə Nazirliyi ilə rəsmi şəkildə imzalanmasından əvvəl dəfələrlə İrana səfər ediblər.
İrana gedən Rusiya nümayəndələri arasında həmin dövrdə “NPO Maşinostroyeniya”nın baş direktor müavini və Rusiya Federasiyasının Əmək Qəhrəmanı Aleksandr Derqaçov da olub.
Rusiya nümayəndə heyətinin digər üzvü Yuri Proxorçuk yüksək sürətli raket sistemləri üzərində çalışıb. Rusiya sənədlərinə əsasən, Proxorçuk gəmi və quru hədəflərinə qarşı istifadə üçün nəzərdə tutulan ramjet mühərrikli hipersəs qanadlı raketə dair patentdə ixtiraçı kimi göstərilib.
Zərintac Mayisqızı

















