Rusiya ordusu Zaporojye şəhərinə idarəolunan aviasiya bombaları (KAB) ilə zərbə endirib.
Zefer.media xəbər verir ki, zərbələr nəticəsində 1 nəfər həlak olub, daha 1 nəfər yaralanıb.
Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov bildirib ki, idarəolunan aviasiya bombaları vilayət mərkəzinin yaşayış məhəllələrinə düşüb.
“Yaşayış və qeyri-yaşayış binalarına ziyan dəyib. Zərbələr nəticəsində yanğınlar baş verib”, – deyə Fedorov qeyd edib.

Zərintac Mayisqızı

















