Dünya

NBC: İranın zərbələri ABŞ kəşfiyyat obyektlərinə tarixdə ən böyük zərəri vurub

26 Avqust 2026, 11:253
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İranın ABŞ- yə qarşı zərbələrinin Vaşinqtonun Yaxın Şərqdəki kəşfiyyat infrastrukturuna ciddi ziyan vurduğu bildirilir.

Zefer.media NBC News-a istinadən xəbər verir ki, zərər görən obyektlər arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rezidenturası və İraqın Süleymaniyyə vilayətindəki ABŞ kəşfiyyat məntəqəsi də var.

Məlumata görə, regionun müxtəlif ərazilərində yerləşən və ABŞ-ın xüsusi xidmət orqanları ilə hərbçiləri tərəfindən birgə istifadə olunan məxfi obyektlər, radar sistemləri və müşahidə vasitələri də İranın zərbələrinə məruz qalıb.

NBC News-un məlumatına əsasən, münaqişə ərzində İran 2 mindən çox zərbə endirib və nəticədə səkkiz ölkədə ABŞ-a məxsus ən azı 20 dövlət obyekti vurulub.

Telekanalın mənbələri dəymiş ziyanın ABŞ kəşfiyyat qurumlarının indiyədək qarşılaşdığı dağıntılar arasında miqyasına görə ən böyüyü olduğunu bildiriblər.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600