İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində təxminən 16 min fələstinli qaçqına xidmət göstərən UNRWA-nın Qalandia və Kufr Aqabdakı peşə təlimi mərkəzlərinə basqın edib.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, bu basqın İsrail qüvvələrinin bir neçə ay əvvəl işğal altındakı Şərqi Qüdsdə yerləşən UNRWA-nın baş qərargahına hücumundan sonra baş verib. Həmin vaxt İsrail qüvvələri əməkdaşları binadan çıxarıb və binanın bəzi hissələrini söküblər.
İsrailin oktyabrda keçiriləcək seçkilərdən əvvəl BMT-nin bu agentliyinə qarşı hücumlarını daha da gücləndirə biləcəyi bildirilir. Buna səbəb ifrat sağçı nazirlərin UNRWA-nı və fələstinlilərə xidmət göstərən digər təşkilatları ləğv etmək istiqamətində təzyiqlər göstərməsidir.
Pərvin Hacıyeva

















