Təxminən 300 kiloqram ağırlığında və iki metr uzunluğunda olan balıq sahilə çox yaxınlaşıb və suda çabalamağa başlayıb. Bu isə çimərlikdə panikaya səbəb olub.
Zefer.media Nexta Tv – ə istinadən xəbər verir ki, sonradan məlum olub ki, bu, ehtimal ki, balıqçılıq alətlərindən və ya hidrosikldən xəsarət alaraq istiqamətini itirmiş tuna balığıdır.
İstirahət edənlər “köpəkbalığının” əslində köməyə ehtiyacı olduğunu başa düşdükdən sonra ona dənizə qayıtmağa kömək ediblər. Onlar hətta şezlonqlardan istifadə edərək tuna balığını sözün əsl mənasında daha dərin sulara doğru itələyiblər.
Pərvin Hacıyeva

















