Qartal olub göylərində uçum mən,
Bulaq olub gözlərindən süzüləm,
Yağış olub torpağına süzüləm,
Yaxıb yandıran Laçınım mənim.
26 avqust hər il Azərbaycanda Laçın Şəhəri Günü kimi qeyd olunur.
Zefer.media xəbər verir ki, 2022-ci il avqustun 26-da Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri Azərbaycan Ordusunun nəzarətinə qaytarılıb.
Beləliklə, Laçın da işğaldan azad edildi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqust Laçın Şəhəri Günü elan edilib.
Bu torpaq öz gözəlliyi, təmiz təbiəti ilə göz oxşayır. Azadlıqda olan digər bölgələrimiz kimi Laçına da həyat geri qayıdıb, abadlıq işləri həyata keçirilir.
Bəli sözügedən şəhər artıq yaxın-yandırmaq yerinə qəlbləri sevinclə doldurur, üzlərdə gülüş yaradır…
Zərintac Mayisqızı

















