Xarici xəbərlər

Adam Kadırov Abxaziyanın müdafiə nazirliyinin medalı ilə təltif olunub

26 Avqust 2026, 12:239
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov Abxaziyanın Müdafiə Nazirliyinin “Döyüş yoldaşlığına görə” medalı ilə təltif olunub.

Zefer.media xarici mətbuata istinadən xəbər verir ki,  medal Adam Kadırova güc strukturları arasında keçirilən XIII Beynəlxalq açıq taktiki atıcılıq çempionatının mükafatlandırma mərasimi zamanı təqdim edilib. Yarış Çeçenistanın Qudermes şəhərindəki V.V. Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinin bazasında keçirilib.

Ramzan Kadırovun sözlərinə görə, Adam Kadırov bu medala “qarşılıqlı əlaqənin yüksək səviyyəsi və əməkdaşlığın möhkəmləndirilməsinə görə” layiq görülüb. Çempionatda Abxaziyadan olan hərbçilər də iştirak ediblər.

Pərvin Hacıyeva

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600