Ukrayna PUA-ları Rusiyanın Volqoqrad vilayətində sənaye infrastrukturunu hədəfə alıb. Hücumlar nəticəsində neft emalı zavodu və “Kaustik” ASC-nin yerləşdiyi ərazidə yanğın baş verib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Samarada da partlayış səsləri eşidilib. Bundan sonra şəhərdə yanğın başlayıb.
Bildirilib ki, Rusiya isə Kiyevə zərbə endirib. Hücum zamanı Cənub körpüsünün hədəfə alındığı qeyd olunub.
Qəmər Kazımzadə


















