Ermənistanın “Past” qəzeti Kremlə yaxın mənbələrə istinadən Rusiyanın Ermənistana qarşı siyasətini sərtləşdirə biləcəyini yazıb.
Zefer.media xarici mənbələrə əsasən bildirir ki, nəşrin qeyd etdiyi mümkün tədbirlər arasında pul köçürmələrinə və nəqliyyat əlaqələrinə məhdudiyyətlərin tətbiqi, Rusiyada işləyən Ermənistan vətəndaşlarının deportasiyası, həmçinin enerji daşıyıcılarının, o cümlədən qazın qiymətinin artırılması yer alır.
Qəzetin məlumatına görə, Moskvada siyasətin mümkün sərtləşdirilməsini Ermənistan hakimiyyətinin iqtisadiyyatın Aİİ-dən Avropa İttifaqına tədricən yönləndirilməsi kursu ilə əlaqələndirirlər.
Lalə Qurbanlı
















