Pakistan İran tərəfindən hazırlanmış təklifin yenidən işlənmiş versiyasını ABŞ tərəfinə təqdim edib.
Zefer.media xəbər verir ki, buna dair “Reuters” agentliyi pakistanlı mənbəyə istinadən bildirib.
Mənbə qeyd edib ki, prosesdə “vaxt azalır” və tərəflər hələ də mövqelərini və məqsədlərini uyğunlaşdırmağa çalışırlar.
Bu arada ABŞ prezidenti Donald Tramp İranın Vaşinqtonla “çoxdan razılaşma istədiyini”, lakin Tehranın irəli sürdüyü şərtlərdən məmnun olmadığını söyləyib.
Zərintac Mayisqızı

















