• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.2° Weather Columbus
$
1.7
€
1.9324
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Ukrayna şərtləri diktə edən tərəfə çevrilə bilər- ŞƏRH 

26 İyun, 26 / 18:28
A A

“Röyters” mənbələrə istinadla bildirib ki, Rusiya Qazaxıstanla 50 min ton Aİ-92 benzininin tədarükü üçün danışıqlar aparır.

Məlumata görə, dialoq neft emalı zavodlarına Ukraynanın hücumlarından sonra Rusiyada yanacaq satışına qoyulan məhdudiyyətlər fonunda başlayıb.

Qazaxıstanla aparılan danışıqlar Rusiyanın yanacaq təminatında yaranan problemlərin miqyasını bir daha gündəmə gətirib.

Bu vəziyyəti şərh edən politoloq Elçin Xalidbəyli Zefer.media-ya açıqlamasında bildirib ki, Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələr ölkənin iqtisadiyyatına sarsıdıcı təsirlər göstərir:

“Xüsusilə də Rusiyanın enerji infrastrukturuna dağıdıcı zərbələrin endirilməsi Kremli ağır vəziyyətə salmağa başlayıb. Çünki Rusiyanın əsas gəlir qaynağı məhz enerji infrastrukturu hesab olunur. Yəni enerji resurslarının ixracından əldə olunan gəlirlər Rusiya büdcəsinin formalaşmasında əsas faktor rolunu oynayır. Ukraynanın enerji infrastrukturuna vurduğu dağıdıcı zərbələr isə Rusiyanın əsas gəlir qaynaqlarının sarsılmasına yol açır.
Bu, bir tərəfdən Rusiya iqtisadiyyatını çökmə mərhələsinə doğru sürükləyir, digər tərəfdən isə Rusiya büdcəsində onsuz da mövcud olan yırtıqların daha da genişlənməsinə yol açır. Ən əsası isə Kremlin Ukrayna savaşının maliyyə yükü üçün əldə etdiyi gəlir qaynaqları qapanmış olur. Yəni Kreml üçün savaşın idarə olunması baxımından əlavə maliyyə problemləri yaranmağa başlayıb.
Təbii ki, bütün bunlar Rusiyanın vəziyyətini daha da ağırlaşdırır və ona görə də indi Kreml, demək olar ki, “iki od” arasında qalıb. Bir tərəfdən enerji resursları üzərindən əldə etdiyi maliyyə qaynaqlarından məhrum olmağa başlayıb, digər tərəfdən isə ölkənin daxilində enerji böhranı yaranmaqdadır. Halbuki Rusiya enerji resursları ilə zəngin bir ölkədir. Belə bir vəziyyətdə qonşu Qazaxıstandan yanacaq almaq məcburiyyətində qalıb. Bunun da iki önəmli səbəbi var: bir tərəfdən savaş meydanında Rusiya ordusunun enerjiyə, yəni benzinə, yanacağa olan ehtiyaclarının ödənilməsi ilə bağlı məcburiyyətlər mövcuddur, digər tərəfdən isə Rusiyada yaranmış enerji defisiti həm də bu ölkənin iqtisadiyyatına ciddi problemlər yaradır, iqtisadiyyatda çökmə prosesini dərinləşdirir.
Ona görə də Rusiya enerji resursları almaq məcburiyyətindədir. Əks halda yalnız savaş meydanında deyil, Rusiyanın daxilində də ciddi problemlər yarana bilər. Çünki yanacaq defisiti iqtisadi böhranı dərinləşdirir, eyni zamanda ölkə daxilində sosial narazılıqların daha qabarıq şəkildə ortaya çıxmasına yol aça bilər. Təbii ki, bu baxımdan Kreml hazırda ciddi problem qarşısındadır və bu da onu göstərir ki, Rusiya çöküş mərhələsinə böyük sürətlə yaxınlaşmağa başlayıb”.

Ekspert həmçinin Rusiyanın artan iqtisadi itkilərinin gələcək danışıqlar prosesində onun mövqeyini zəiflədə biləcəyini də qeyd edib:

“Üstəlik, indiki mərhələ üçün Rusiyanın üzləşdiyi bu problemlərin qətiyyən təsadüfi və müvəqqəti xarakter daşımadığını da düşünmək olar. Çünki Rusiyanın hazırda üzləşdiyi problemlərin aradan qaldırılması üçün və xüsusilə də enerji infrastrukturunun bərpa olunması üçün kifayət qədər ciddi zamana ehtiyac var və bu həm də Rusiyanın əleyhinə işləyən və iqtisadiyyatı daha da böhranlı duruma yönəldən bir zamandır.
Təbii ki, bütün bunlar Ukrayna savaşının inkişaf istiqamətlərinə də ciddi şəkildə təsir göstərə biləcək faktorlardır. Çünki Rusiya nə qədər ağır zərbələr alırsa, iqtisadiyyatı nə qədər ciddi çökmə və yaxud da iflas mərhələsinə yaxınlaşırsa, Rusiyanın büdcəsi nə qədər böyük yırtıqlarla üzləşirsə, bu, onun ordunu təmin etmə resurslarını məhdudlaşdırmış olur. Nəticədə həm hərbi üstünlük, həm də siyasi-psixoloji üstünlük Ukraynanın tərəfinə keçmiş olur. Bu isə istər-istəməz Rusiyanın danışıqlar masasında əlinin zəifləməsinə səbəb olur. Artıq bir müddətdən sonra böyük ehtimalla danışıqlar masasında Rusiya deyil, məhz Ukrayna şərtləri diktə edən tərəfə çevrilə bilər”.

Lalə Qurbanlı

Bənzər Xəbərlər

Cəmiyyət

“Qalib dövlətimizdə bu şərəfli günü keçirmək böyük xoşbəxtlikdir”

İyun 26, 2026
Cəmiyyət

Şəhidin qardaşından Prezidentə təşəkkür

İyun 26, 2026
Hərbi

“Allah müqəddəs missiyamızda bizə güc, qüvvət nəsib etsin”

İyun 26, 2026
Cəmiyyət

“Ordunun gücü onun ruhundadır, adı isə Azərbaycan əsgəridir”

İyun 26, 2026
Gündəm

Polkovnik : Azərbaycan Ordusu mürəkkəb inkişaf yolu keçərək regionun ən güclü ordusuna çevrilib

İyun 26, 2026
Hərbi

“Ordumuz bu cür zabitlərin çiyinlərində yüksəlir”

İyun 25, 2026

XƏBƏR LENTİ

“Qalib dövlətimizdə bu şərəfli günü keçirmək böyük xoşbəxtlikdir”

26 İyun, 26 / 20:53

Şəhidin qardaşından Prezidentə təşəkkür

26 İyun, 26 / 19:13

Ukrayna şərtləri diktə edən tərəfə çevrilə bilər- ŞƏRH 

26 İyun, 26 / 18:28

“Allah müqəddəs missiyamızda bizə güc, qüvvət nəsib etsin”

26 İyun, 26 / 12:25

“Ordunun gücü onun ruhundadır, adı isə Azərbaycan əsgəridir”

26 İyun, 26 / 12:09

Polkovnik : Azərbaycan Ordusu mürəkkəb inkişaf yolu keçərək regionun ən güclü ordusuna çevrilib

26 İyun, 26 / 9:12

Sumıda yanacaqdoldurma məntəqəsi vurulub

25 İyun, 26 / 18:08

“Ordumuz bu cür zabitlərin çiyinlərində yüksəlir”

25 İyun, 26 / 18:01

Şəhid hərbi qulluqçular və mülki işçilər təltif olundu

25 İyun, 26 / 17:55

Onlara “general-mayor” ali hərbi rütbəsi verildi

25 İyun, 26 / 17:40

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.