Dünya

Dağıstanda da yanacaq satışına məhdudiyyət qoyuldu

25 İyun 2026, 16:422
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Dağıstanda artan tələbat səbəbindən müvəqqəti yanacaq məhdudiyyətləri tətbiq edilib.

Zefer.media xəbər verir ki, bu barədə respublikanın Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, gündəlik 20 litr benzin və 50 litr dizel yanacağı satışına icazə verilir.

Bildirilib ki, bu tədbir ehtiyatları bərabər şəkildə bölüşdürmək və çatışmazlığın qarşısını almaq üçün lazımdır.

Qeyd edək ki, Rusiyanın bir çox regionunda yanacaq problemləri yaranıb. Artıq Kuybışev, Samara və Çelyabinsk vilayətlərində yanacaq satışlarına məhdudiyyət qoyulub.

Buna səbəb Ukrayna ordusunun NEZ-lərə zərbələr endirməsidir.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600