Dünya

Rusiya Ukraynada logistika mərkəzinə və Qara dənizdə gəmiyə zərbə endirib

9 Noyabr 2026, 20:471
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya Müdafiə Nazirliyi Ukraynada hərbi məqsədlər üçün istifadə edilən logistika mərkəzini və bir gəmini vurduqlarını açıqlayıb.

Zefer.media TRT Haber-ə istinadən bildirir ki, nazirliyin yaydığı məlumatda Rusiya ordusunun Ukraynadakı hədəflərə qarşı hücumlarını davam etdirdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, Odessa limanında Ukrayna ordusu üçün yüklərin saxlanılması və paylanmasında istifadə edilən “Suhoy Port” adlı logistika mərkəzi vurulub.

Həmçinin Qara dənizdə silah yüklü quru yük gəmisinin də hədəf alındığı bildirilib. Məlumata görə, hücumlar pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilib.

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600