• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.4° Weather Columbus
$
1.7
€
1.9797
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Ordunun gücü onun ruhundadır, adı isə Azərbaycan əsgəridir”

26 İyun, 26 / 12:09
A A

“Azərbaycan Silahlı Qüvvələri Günü sadəcə bir bayram deyil. Bu gün sədaqətin, xidmətin, qəhrəmanlığın günüdür, Azərbaycan əsgərinin günüdür”.

Zefer.media xəbər verir ki, bu sözləri XTQ zabiti, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov deyib.

“1918-ci ildə milli ordumuzun əsası qoyulub. 23 ay sonra Xalq Cümhuriyyəti süqut etsə də, dövlətçilik və milli ordu ideyası xalqın qəlbində yaşayıb. Bir gün yenidən dirçəlmək üçün yaşayıb.

Həmin ideyanı gələcəyə daşıyan şəxs Ulu Öndər Heydər Əliyev olub. 1971-ci ildə mənim də məzunu olduğum, indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı. O zaman bu, sadəcə bir məktəb kimi görünürdü. Əslində isə milli hərbi kadrlar formalaşdırılırdı.

Müstəqilliyimizin bərpası dövründə dövlətimiz və ordu yenidən qurulurdu.

Birinci Qarabağ müharibəsinin ağrıları xalqımızın yaddaşına həkk olunmuşdu.

Lakin Azərbaycan xalqı təslim olmayıb.

Azərbaycan xalqının xilaskarı və Ümummilli Lideri Ulu Öndər Heydər Əliyev deyirdi: “Müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir. O bilirdi ki, müstəqilliyi qorumaq üçün güclü orduya sahib olmaq lazımdır”.

Güclü ordu quruculuğu ilk növbədə peşəkar zabit kadrlarının yetişdirilməsindən başlayır.

Məhz buna görə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi İnstitutu və digər hərbi təhsil müəssisələri Azərbaycan Ordusunun onurğa sütununa çevrilib.

Orada təkcə hərb elmi öyrədilmədi. Orada komandir xarakteri formalaşdırıldı. Orada məsuliyyət yetişdirildi. Orada gələcək qələbənin müəllifləri yetişdirilib”, – Zaur Hüseynov qeyd edib.

XTQ zabiti Azərbaycan Ordusunun tarixində başlayan yeni mərhələdən də söz açıb:

“Ulu Öndərin təşəbbüsü ilə mənim də mənsubu olduğum Xüsusi Təyinatlı Qüvvələr yaradılıb.

Bu, sadəcə yeni bir hərbi hissənin yaradılması deyildi. Həm də Azərbaycan əsgərinin, Azərbaycan döyüşçüsünün yeni səviyyəyə yüksəlməsi idi.

20 il… Bəli, düz 20 il. 20 il səngər, 20 il təlim, 20 il zəhmət, 20 il tər, 20 il fədakarlıq, 20 il gecə-gündüz hazırlıq…

Dağlarda, qayalarda, qarda, şaxtada, yandırıcı istidə… Heç kimin görmədiyi, amma Vətənin təhlükəsizliyi üçün davam edən hazırlıq.

Bəzən qələbənin arxasında qırx dörd gün görünür. Amma əslində o qələbənin arxasında iyirmi illər dayanır.

2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında irəliləyəndə dünya 44 günlük müharibəni gördü. Biz isə həmin 44 günün arxasında dayanan illərin hazırlığını görürdük.

Naxçıvanskinin idmanını, Ali Hərbi İnstitutun təlimlərini, poliqonların tozunu, XTQ gecələrini, komandirlərin çəkdiyi əziyyətləri, əsgərlərin tökdüyü tərləri görürdük.

Hələ bundan əvvəl Birinci Qarabağ müharibəsi vaxtında tarixin çətin dövrləri çox olub. Ordumuzun igid mənsubları — əsgəri də, zabiti də — çox ağır yollarla bu günə gəlib.

O vaxtlar əliyalın, ayağıyalın, azuqəsi olmayan əsgər var idi — ayaqları torpağın üstündə, amma ürəyi bayrağın altında döyünürdü!

O əsgər daş üstündə yatırdı, amma Vətən yolunda savaşdan dönmürdü!

O zabit ailəsini qoyub torpağın üstündə yatırdı, amma torpağın altındakıları qoyub bir addım belə geri çəkilmirdi!

Tankımız az idi, amma Vətən uğrunda savaşan oğulların iradəsi güclü idi!

Texnikamız çatışmırdı, amma qürurumuz düşmənin qarşısında dayanmağa kifayət idi!

Artıq Azərbaycan Ordusu bu gün müasir texnika, dəmir iradə, yüksək döyüş ruhu və vahid komandanlıqla Müzəffər Orduya çevrilib!

Çünki məğrur ordunun arxasında xalq dayanır, dövlət dayanır, Cənab Ali Baş Komandan dayanır!

Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa…

Sözügedən adlar artıq xəritədə qeyd etdiyimiz hədəf nöqtələri deyil. Həmin adlar Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsidir.

Sonra “Qisas” əməliyyatı, lokal antiterror tədbirləri.

Nəhayət… Azərbaycan Bayrağı suveren Azərbaycanımızın hər qarışında dalğalanmaqdadır.

Bütün bunlara baxsaq, anlayarıq ki, qalibiyyət təsadüf deyil. Qalibiyyət illərlə çəkilən zəhmətin nəticəsidir.

Qısaca desək: O səngərdən bu Zəfərə gələn yol — tər və qanla yazılmış şanlı bir dastandır!

Hərbçi olmaq peşə deyil. Hərbçi olmaq həyat tərzidir.

Əsgər olmaq təkcə xidmət deyil. Əsgər olmaq anda sədaqətdir.

Bu forma sadəcə geyim deyil, şəhidlərin əmanətidir.

Bu bayraq sadəcə parça deyil. O minlərlə qəhrəmanın nəfəsidir.

Unutmayaq! Xalqın ən böyük güvən yeri onun ordusudur.

Azərbaycan xalqı öz ordusuna inanır. Çünki bu xalq öz əsgərinin nəyə qadir olduğunu, öz oğullarının Şuşa qayalarına necə qalxdığını və öz bayrağını Xankəndidə necə qaldırdığını görüb.

Bu etimad bizim ən böyük mükafatımızdır, ən böyük məsuliyyətimizdir.

Ordunun gücü silahında deyil. Ordunun gücü onun ruhundadır. O ruhun adı isə Azərbaycan əsgəridir!

Azərbaycan Ordusu və bütün Silahlı Qüvvələrin bayramı mübarək olsun!

Şəhidlərimizin ruhu şad, qazilərimizin canı sağlam olsun.

Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın Azərbaycan!”

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Cəmiyyət

Kiberpolisdən əməliyyat

Avqust 28, 2026
Cəmiyyət

Bakıda bu yol bağlanır

Avqust 28, 2026
Cəmiyyət

Azərbaycan qara metal ixracından gəlirini 24 %-ə yaxın artırıb

Avqust 28, 2026
Cəmiyyət

Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb

Avqust 28, 2026
Ekologiya

Cülyanda çay sahili tullantı içində: Səbəb sel sularıdır, yoxsa insan amili?

Avqust 28, 2026
Cəmiyyət

İlin son Ay tutulması: Azərbaycandan da göründü

Avqust 28, 2026

XƏBƏR LENTİ

Kiberpolisdən əməliyyat

28 Avqust, 26 / 17:11

Bakıda bu yol bağlanır

28 Avqust, 26 / 17:10

Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

28 Avqust, 26 / 15:02

Azərbaycan qara metal ixracından gəlirini 24 %-ə yaxın artırıb

28 Avqust, 26 / 15:01

Paytaxtda kamera quraşdıran kişi faciəvi şəkildə öldü

28 Avqust, 26 / 14:00

Nepalda daşqınlar zamanı bu qədər insan xilas edilib

28 Avqust, 26 / 13:57

Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb

28 Avqust, 26 / 13:40

Baş nazir yeni dövlət proqramı ilə bağlı qurumlara tapşırıq verdi

28 Avqust, 26 / 13:39

Cülyanda çay sahili tullantı içində: Səbəb sel sularıdır, yoxsa insan amili?

28 Avqust, 26 / 13:35

İran rəsmisi: “Ali rəhbərin öldürüləcəyini bilsəydim, zənginləşdirməni dayandırardım”

28 Avqust, 26 / 13:31

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.