• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.4° Weather Columbus
$
1.7
€
1.9797
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Qalib dövlətimizdə bu şərəfli günü keçirmək böyük xoşbəxtlikdir”

26 İyun, 26 / 20:53
A A

Hər il 26 iyun tarixi təntənəli şəkildə Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Sözügedən əlamətdar gün 1918-ci ildə ilk müntəzəm hərbi hissə olan Əlahiddə Azərbaycan Korpusunun yaradılması əsas götürülərək rəsmiləşdirilib.

Tarixə qısa nəzər yetirək: Əvvəlcə 9 oktyabr tarixi Silahlı Qüvvələr Günü elan edilsə də, Ümummilli Liderimiz Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə tarixi varislik prinsipi əsas götürülərək 26 iyun rəsmi qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub.

Azərbaycan Ordusu bu gün Cənubi Qafqazın ən güclü və müasir ordularından biri sayılır. Habelə ata yolunu layiqincə davam etdirən Cənab Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi, qüdrətli siyasəti ilə ordumuz qazandığı möhtəşəm qələbələrlə bütün dünyaya səs, düşmənləri lərzəyə saldı… Azərbaycan həm ədalətli müharibə aparmış dövlət kimi, həm də sülh yolunda böyük örnəkdir, dünyaya dərs keçir.

İkinci Qarabağ savaşının iştirakçısı, veteran, coğrafiya müəllimi Mayis Məmmədov Zefer.media-ya açıqlama verərək bildirib ki, bu gün tariximizin ən şanlı səhifələrindən biridir:

“Çox çətin bir dövrdə 1918-ci ildə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ilk silahlı qüvvələrinin, Milli Ordumuzun yaradılması məhz bu gün baş verib.

Respublikamız yenidən müstəqillik qazandıqda yenə də çox ağır günlər keçirirdi.Torpaqlarımız əzəli düşmənlərimiz Ermənistan ordusu tərəfindən işğal edilirdi. Həmin acınacaqlı dövrdə yenicə yaradılmış ordumuz birinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq torpaqlarımızın azad olunmasına çalışırdı. Amma qarşımızda erməni qüvvələri ilə yanaşı dünyanın ən böyük ordularından biri olan rus silahlı birləşmələri də döyüşürdü”.

Müsahibimiz vurğulayıb ki, nəhayət 2020-ci il, sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz düşmənə sarsıdıcı zərbələr endirərək vaxtilə işğal olunmuş torpaqlarımızı azad etməyə başladı, qəhrəmanlıq dastanını qızıl hərflərlə yazdı:

“Mən də Silahlı Qüvvələrin ehtiyatda olan zabiti kimi könüllü bu müharibəyə qoşularaq bir neçə ağır döyüşlərdə iştirak etmiş və torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmişəm.

İndi qalib dövlətimizdə minlərlə qəhrəman şəhidlərimizin və qazi, veteranlarımizin igidliyi hesabına azad etdiyimiz torpaqlarda Silahlı Qüvvələr Gününü yüksək səviyyədə keçirmək böyük xoşbəxtlikdir.

44 günlük şərəfli savaşımızda əvvəl bölük komandiri, sonra tabor komandiri kimi Cəbrayıl, Hadrut, Qubadlı rayonlarının azad olunması zamanı ən ağır döyüşlərdə iştirak etmişəm. Hətta düşmən qüvvələrini qova-qova Ermənistan sərhədinə kimi çatmışam. Müharibədə bir neçə dəfə kontuziya almışam. Neçə-neçə döyüş yoldaşlarım yanımda şəhid olublar, bəli, belə ağır mənzərələrin şahidi olmuşam. Sonda isə bunu əlavə etmək istəyirəm: Mən fəxr edirəm ki, bu gün bayramını qeyd etdiyimiz qalib ordumuzun qazi zabitiyəm.
Eşq olsun Azərbaycan Ordusuna! Allah qəhrəman şəhidlərimizə rəhmət eləsin!”

Zərintac Mayisqızı 

 

Bənzər Xəbərlər

Cəmiyyət

Kiberpolisdən əməliyyat

Avqust 28, 2026
Cəmiyyət

Bakıda bu yol bağlanır

Avqust 28, 2026
Cəmiyyət

Azərbaycan qara metal ixracından gəlirini 24 %-ə yaxın artırıb

Avqust 28, 2026
Cəmiyyət

Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb

Avqust 28, 2026
Ekologiya

Cülyanda çay sahili tullantı içində: Səbəb sel sularıdır, yoxsa insan amili?

Avqust 28, 2026
Cəmiyyət

İlin son Ay tutulması: Azərbaycandan da göründü

Avqust 28, 2026

XƏBƏR LENTİ

Kiberpolisdən əməliyyat

28 Avqust, 26 / 17:11

Bakıda bu yol bağlanır

28 Avqust, 26 / 17:10

Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

28 Avqust, 26 / 15:02

Azərbaycan qara metal ixracından gəlirini 24 %-ə yaxın artırıb

28 Avqust, 26 / 15:01

Paytaxtda kamera quraşdıran kişi faciəvi şəkildə öldü

28 Avqust, 26 / 14:00

Nepalda daşqınlar zamanı bu qədər insan xilas edilib

28 Avqust, 26 / 13:57

Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb

28 Avqust, 26 / 13:40

Baş nazir yeni dövlət proqramı ilə bağlı qurumlara tapşırıq verdi

28 Avqust, 26 / 13:39

Cülyanda çay sahili tullantı içində: Səbəb sel sularıdır, yoxsa insan amili?

28 Avqust, 26 / 13:35

İran rəsmisi: “Ali rəhbərin öldürüləcəyini bilsəydim, zənginləşdirməni dayandırardım”

28 Avqust, 26 / 13:31

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.