Bu gün ABŞ dövlət katibi Marko Rubio İranla bağlı açıqlamasında Hörmüz boğazında gəmiçilikdən rüsum və ya ödəniş alınmasını nəzərdə tutan hər hansı mexanizmi sərt tənqid edib.
Zefer.media-nın əldə etdiyi məlumata görə, Rubio bildirib ki, belə bir sistem nə praktik, nə də həyata keçirilə biləndir.
“Fərz edək ki, belə bir ödəniş mexanizminə razılaşdıq. Bu necə işləyəcək? Bir gəmi rüsum ödəməkdən imtina etsə, nəticə nə olacaq?” – deyə o sual edib.
ABŞ dövlət katibi qeyd edib ki, bu halda ödəniş etməyən gəmiyə qarşı güc tətbiq olunmalı olacaq ki, bu da beynəlxalq gəmiçiliyin dayanmasına səbəb ola bilər.
“Bir gəmiyə atəş açsanız və ya onu batırsanız, digər gəmilər artıq hərəkət etməyəcək. Buna görə də belə bir sistem təkcə ağılsız deyil, həm də işlək sayılmır”, – deyə Rubio vurğulayıb.
O əlavə edib ki, bu cür ssenarilər reallıqdan uzaqdır və praktik tətbiq imkanına malik deyil.
Zərintac Mayisqızı

















