Dünya

İran və Oman xarici işlər nazirləri Hörmüz boğazını müzakirə ediblər 

25 İyun 2026, 17:181
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran və Oman xarici işlər nazirləri Abbas Əraqçı və Seyid Bədr Əbdülati arasında telefon danışığı baş tutub.

Zefer.media xəbər verir ki, söhbət zamanı son regional proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər Hörmüz boğazında dəniz nəqliyyatı ilə bağlı son vəziyyəti və 60 günlük müddət üçün nəzərdə tutulan müvəqqəti tənzimləmələri müzakirə ediblər. Bu çərçivədə davamlı koordinasiya, ikitərəfli məsləhətləşmələr və texniki əməkdaşlığın vacibliyi vurğulanıb.

Nazirlər İran nümayəndə heyətinin Maskata son səfərinin nəticələrindən məmnunluqlarını ifadə edib, ortaq maraq doğuran məsələlərin diplomatik kanallar və iki ölkə arasında əməkdaşlıq vasitəsilə həllinin əhəmiyyətini qeyd ediblər.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600