Rusiyanın məhdudiyyətləri kontekstində Ermənistanın hazırkı Baş naziri və Vətəndaş Müqaviləsi Partiyasının lideri Nikol Paşinyan məhsullarını ixrac etməkdə “ədalətsiz maneələrlə” üzləşən fermerlərə subsidiyalar vəd edir.
Zefer.media xəbər verir ki, Geğarkunikdə keçirilən seçkiqabağı görüşdə Paşinyan subsidiyaların dəymiş zərərlərin ödənilməsinə yönəldiləcəyini bildirib.
O, həmçinin Ermənistan mallarının keyfiyyət standartlarına cavab vermədiyi halların olduğunu da etiraf edib. Bu şirkətlərə keyfiyyətlərini artırmaq üçün də yardım göstəriləcək.
Nazir habelə Ermənistan malları üçün alternativ bazarlara toxunaraq bildirib ki, Ermənistandan bir neçə biznes nümayəndə heyəti artıq danışıqlar aparır və bu ölkədənqızılgül və meyvə-tərəvəz məhsulları almaq təklifləri var.
Paşinyan iddia edir ki, Ermənistandan gətirilən kənd təsərrüfatı məhsullarının həcmi o qədər də böyük deyil və bu halda bu, yaxşı haldır – bir layiqli Avropa supermarket şəbəkəsi bütün bu məhsulları satmaq iqtidarındadır.
AİB-dəki problemlərlə bağlı Baş nazir seçkilərdən sonra işə qayıdacağını və onların həlli üzərində işləyəcəyini bildirib.
Zərintac Mayisqızı

















