Bu gün Pakistan Xarici İşlər Nazirliyi İran hərbi təyyarələrinin İslamabad yaxınlığında yerləşən Nur Xan hava bazasında olması ilə bağlı mediada yayılan məlumatları qətiyyətlə təkzib edib.
Zefer.media xəbər verir ki, nazirlik bu iddiaları “spekulyativ” adlandıraraq, onların regional təhlükəsizlik və sabitliyin qorunması istiqamətində aparılan səyləri pozmağa xidmət etdiyini bildirib.
Bəyanatda qeyd olunub ki, hazırda Pakistanda olan İran təyyarələri Vaşinqton və Tehran arasında atəşkəs dövründə ölkəyə gəlib və onların heç bir hərbi əməliyyatla əlaqəsi yoxdur.
Xatırladaq ki, “CBS News” daha əvvəl İranın bəzi hərbi təyyarələrinin, o cümlədən RC-130 kəşfiyyat təyyarəsinin, Pakistandakı strateji Nur Xan bazasına yerləşdirilə biləcəyi barədə məlumat yaymışdı.
Zərintac Mayisqızı

















