Eskişehir Azərbaycanlılar Cəmiyyəti tərəfindən “Qarabağ Şəhidlərini Anım və Mövsümün Açılış Proqramı” keçirilib.
Zefer.media xəbər verir ki, tədbirdə cəmiyyətin üzvləri, həmyerlilər və qonaqlar iştirak ediblər.
Proqram çərçivəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Qarabağ şəhidlərinin əziz xatirəsi dərin ehtiram və minnətdarlıqla yad olunub.
Tədbirdə, həmçinin Eskişehir Azərbaycanlılar Cəmiyyətinin yeni iş və fəaliyyət mövsümünün açılışı qeyd edilib. Yeni mövsümdə birlik və həmrəylik şəraitində müxtəlif layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğu bildirilib.
Cəmiyyət tədbirdə iştirak edən bütün qonaqlara təşəkkürünü bildirib.
Qeyd olunub ki, qəhrəman şəhidlərin əziz xatirəsi hər zaman ehtiramla yad ediləcək.
















