TƏBİB-in İcraçı direktoru Anar Bayramov Xocavənd Rayon Mərkəzi Xəstəxanasında Xocavənd, Ağdam və Füzuli rayon sakinlərini qəbul edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən Zefer.media – ya verilən məlumata görə, vətəndaşların müayinə-müalicə, əmək münasibətləri, əlillik məsələləri və s. ilə bağlı müraciətləri dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması üçün müvafiq göstərişlər verilib.


















