Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının tribunasından ölkədə seçkilərə “xarici informasiya-manipulyativ müdaxilə”, dövlət hakimiyyətinin ələ keçirilməsi cəhdləri, dezinformasiya, hibrid alətlərdən istifadə və seçicilərin pulla ələ alınması barədə danışıb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Paşinyan konkret ölkənin adını çəkməyib, lakin çıxışında bu müdaxilələrin xaricdən həyata keçirildiyini bildirib.
O, həmçinin Ermənistan-Rusiya münasibətlərinin transformasiya mərhələsində olduğunu deyib. Paşinyanın sözlərinə görə, əvvəllər İrəvan-Moskva münasibətlərinə təsir edən əsas amil Ermənistan-Azərbaycan münaqişəsi olub. Azərbaycanla sülhün əldə olunmasından sonra iki ölkə arasındakı münasibətlərin “təbii şəkildə dəyişəcəyini” bildirib.
Aytən Yalçınqızı

















