Cənubi Koreya Prezidenti Li Ce Myon Ukrayna Prezidenti Vladimir Zelenskini Seula iki Şimali Koreyalı hərbi əsirin təhvil verilməsi barədə məxfi məlumatı açıqlamaqda ittiham edib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Li Ce Myon Zelenskinin bu məlumatı ictimailəşdirməsini “dərin təəssüf doğuran” addım adlandırıb və əsirlərin repatriasiyası məsələsinin Cənubi Koreyanın diplomatiyasına və milli təhlükəsizliyinə təsir etdiyini bildirib.
Cənubi Koreya lideri ölkə daxilində əsirlərin repatriasiyası barədə məlumatın açıqlanması ilə bağlı çağırışların olduğunu, lakin mümkün problemləri nəzərə alaraq məxfiliyin qorunmasının daha məqsədəuyğun hesab edildiyini qeyd edib.
Ukrayna Prezidentinin Ofisi isə Zelenskinin yalnız əsirlərin təhvil verilməsi faktını açıqladığını, prosesin detalları barədə məlumat vermədiyini bildirib.
Şimali Koreyalı hərbçilərin Kursk vilayətində gedən döyüşlər zamanı əsir götürüldüyü qeyd olunur.
Aytən Yalçınqızı

















